
İstanbul, Zəfər günü turu
İstanbul, Türkiyə
7–10 noyabr · 3 gecə · BB · AZAL uçuşu
3 gecə / 4 gün7 noyabr
Sema Tours – Türkiyə
Türkiyə hər mövsümün istiqamətidir: yayda Antalya, Bodrum və Çeşmə çimərlikləri, qışda Uludağ və Palandökən xizək kurortları, il boyu İstanbul şəhər turları və Kapadokyanın hava şarları. Azərbaycan vətəndaşları üçün viza yoxdur, dil problemi yoxdur, Bakıdan birbaşa reyslər gündəlikdir.
Sema Tours Türkiyə üzrə bütün formatlarda paket qurur: "hər şey daxil" çimərlik istirahəti, şəhər səfəri, xizək turu və ya qarışıq marşrut (məsələn, İstanbul + Kapadokya). Aşağıda həm hazır kampaniyalarımızı, həm də otellər üzrə canlı qiymətləri görürsünüz.
Yenilənib:
Xeyr — Azərbaycan vətəndaşları Türkiyəyə 90 günə qədər vizasız səyahət edir. Pasportun etibarlılıq müddətinin kifayət etdiyini yola çıxmazdan əvvəl yoxlayırıq.
Ailəvi istirahət üçün Antalya (Lara, Belek), gənclər üçün Bodrum və Marmaris, sakit tətil üçün Çeşmə və Kaş, tarix və romantika üçün İstanbul və Kapadokya. İstəyinizi yazın — büdcənizə uyğun variantları göndərək.
Mövsüm, otelin səviyyəsi, qidalanma sistemi və reysin tarixi qiyməti müəyyən edir. Bu səhifədəki canlı qiymətlər operator sistemlərindən real vaxtda gəlir — gördüyünüz qiymət həmin gün üçün aktualdır.
İstiqaməti və təxmini tarixləri yazın — 24 saat ərzində fərdi təklif göndərək.
WhatsApp-la yazın